14 May 2024
Ermənistan ordusu müxtəlif çaplı atıcı silahlardan... - Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI

Ermənistan ordusu müxtəlif çaplı atıcı silahlardan... - Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI

12 Oktyabr 2022
Baxış: 359

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.