21 May 2024
Ermənistan məhkəmələri vəkilsiz qalıb, hüquqşünaslar aksiyalar keçirirlər

Ermənistan məhkəmələri vəkilsiz qalıb, hüquqşünaslar aksiyalar keçirirlər

12 İyul 2023
Baxış: 500

Ermənistanın dövlət orqanlarında (o cümlədən məhkəmələrdə, ibtidai istintaq orqanlarında) müdafiədən və ya təmsil olunmaqdan imtina edən vəkillər iyulun 12 və 13-də etiraz aksiyalarını davam etdirəcəklər.

Bu barədə Ermənistan Vəkillər Palatasının mətbuat xidməti xəbər verib.

Erməni hüquqşünaslar üç günlük tətil elan ediblər. Onlar son aylar polis bölmələrində baş verən zorakılıq hallarına etiraz edirlər.

Son hadisələrin müzakirə olunduğu Hüquqşünaslar Klubunun iclasında bununla bağlı qərar qəbul edilib.

Hüquq müdafiəçiləri Ermənistanın baş prokurorundan Kentron və Nork-Maraş inzibati rayonlarının baş prokuroru Qaqik Ayrapetyanın intizam məsuliyyətinə cəlb olunmasını tələb ediblər. O, Cinayət-Prosessual Məcəlləsinin 35-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş cinayət işləri üzrə məhkəmə araşdırmalarının qanuniliyinə görə məsuliyyət daşıyaraq, vəkilə qarşı əsassız cinayət təqibi başlayıb və döyülmə hadisəsini qeydə almayıb.

Bundan əlavə, vəkillər Ermənistan İstintaq Komitəsinin sədrindən Kentron və Nork-Maraş inzibati rayonlarının xüsusilə mühüm işlər üzrə müstəntiqi Alik Matevosyanın polis əməkdaşları tərəfindən vətəndaşı döyməsi ilə bağlı aşkar faktlara məhəl qoymadığına görə intizam məsuliyyətinə cəlb olunmasını tələb edəcəklər.

Teqlər: