20 May 2024
“Ermənistan Laçın istiqamətində əlavə qüvvə və texnika toplayır”

“Ermənistan Laçın istiqamətində əlavə qüvvə və texnika toplayır”

13 Avqust 2023
Baxış: 467

Ermənistan Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə “Caliber” məlumat və görüntülər yayıb.
“Texniki müşahidə vasitəsi ilə lentə alınan videoda Ermənistan ordusuna məxsus qoşquda artilleriya qurğuları olan 4 “KamAZ” döyüş maşınının və döyüş sursatı daşıyan 2 “KamAZ”ın kolon formasında hərəkəti aydın şəkildə əks olunub”, - məlumatda deyilir.
Qeyd olunub ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatdan da əvvəl analoji hərəkətlər müşahidə olunub.