19 May 2024
Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”

Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”

30 May 2023
Baxış: 384

“İran və Rusiya bizim, xüsusilə də Ermənistan hökumətinin ala gözlərinə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”.

Bu barədə “Past” (“Fakt”) qəzeti İranın Qafanda açdığı, Rusiyanın isə Zəngəzurda açacağı konsulluqla bağlı məqaləsində bildirib.

Qəzetin yazdığına görə, burada qarşılıqlı maraqların aydın birləşməsi son dərəcə vacibdir: “Bu baxımdan, ən azı, ilkin təəssüratlara görə, Sünikin (Zəngəzur) “qırmızı xətt” kimi qəbul edilməsi əsas məsələdir”.

“Past ” qeyd edib ki, digər tərəfdən mümkün kommunikasiyalar üzərində müəyyən nəzarətin qurulması, təsir və mövqelərin zəifləməsi ehtimalını istisna etmək üçün konkret addımlar atılır.

Xatırladaq ki, İran Ermənistanla Azərbaycanın sərhədyanı Qafan şəhərində Baş Konsulluğunu açıb. Bu günlərdə isə Rusiya Zəngəzurda Baş Konsulluq açacağına dair açıqlama verib.

Teqlər: