18 May 2024
Ermənistan hökuməti Avropa İttifaqı ilə müqavilə imzalayıb

Ermənistan hökuməti Avropa İttifaqı ilə müqavilə imzalayıb

31 Avqust 2023
Baxış: 555

Ermənistan hökuməti Avropa İttifaqı ilə ittifaqın respublikadakı müşahidəçi missiyasının statusunu rəsmiləşdirən saziş imzalayıb.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb.

“Avropa İttifaqının Ermənistandakı missiyasının statusu ilə bağlı Aİ ilə sazişin imzalanması təsdiq edilsin. Ermənistan tərəfi həm bu, həm də Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bütün digər təşəbbüsləri yüksək qiymətləndirir”, - hökumətin sərəncamında deyilir.

Bildirilir ki, sazişin bağlanması respublikanın Xarici İşlər Nazirliyinə həvalə edilib.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirmişdi ki, ölkə hakimiyyəti ABŞ, Aİ və bəzi Qərb dövlətlərinin Dağlıq Qarabağdakı nizamlamaya “müdaxilə” etmək və onların mövcudluğunu gözdən salmaq cəhdlərini qeydə alır. musavat.com