18 May 2024
“Ermənistan hərbi paradları cinsi azlıqların gey paradları əvəz edəndə xoşbəxt olacaq” - Abovyan

“Ermənistan hərbi paradları cinsi azlıqların gey paradları əvəz edəndə xoşbəxt olacaq” - Abovyan

27 İyul 2021
Baxış: 633

“Bütün problemlər ermənilərin ərazi mənşəyinə görə bölünməsindən sonra başladı. Qarabağ, Sünik ( Zəngəzur), İrəvan və sairə. Bu antimilli təxribatdır, hansıki qədim prinsiplərə söykənir: “Parçala və hökmranlıq et”.

AJMEDİA.İNFO konkret.az-a istinadən xəbər verir ki, bu fikirlərin müəllifi Ermənistan parlamentinin deputatı Arman Abovyandır.

“İnsanlar əmin ediblər ki, sizin çətinliklərinizdə tarixi rəqibləriniz deyil, sizdən yaxşı yaşayan qonşularınız günahkardır. Baxın görün biz nə vəziyyətə qalmışıq ki, məğlub ölkənin əsgərləri kapitulyasiyaya imza atıb onların canını qurtaran baş komandana təşəkkür edirlər. Bu sadəcə dəhşətdir” – deyə Abovyan vurğulayıb.

Daha sonra Abovyan fikirlərini belə davam etdirib: “Paşinyan hakimiyyətə gəldi və dedi: “Siz ermənilər deyilsiniz, qürurlu vətəndaşlarsınız. Müharibədən sonra Hadrut sakinləri atalarının qəbirlərini qazaraq tabuta qoyub özləri ilə apardılar. Çünki onlar üçün ziyarətgah atalarının qəbridir, gey paradları deyil. Mən bir erməni siyasətçi tanıyıram, o deyir: “Ermənistanın xoşbəxtliyi hərbi paradların yerini cinsi azlıqların gey paradları tutanda gələcək”.