18 May 2024
Ermənistan  Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün ŞƏRTLƏRİ AÇIQLADI

Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün ŞƏRTLƏRİ AÇIQLADI

21 Yanvar 2022
Baxış: 499

“Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtlərin mövcudluğunu nəzərdə tutur”.

AJMEDİA.İNFO erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında səsləndirib:

“Biz hərtərəfli sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcəyik. Bunun üçün biz Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə, həmsədrlərin “üçlüyü” çərçivəsində həllini tapmalıyıq” – Qriqoryan vurğulayıb.

Qriqoryan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi bir çox məsələlər var. Təhlükəsizlik Şurasının katibi bu məsələlərin birgə həllinin sülh müqaviləsinin imzalanmasına zəmin haradacağına əminliyini ifadə edib.

Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi Bakının mümkün sülh sazişinin imzalanması üçün danışıqların başlanması ilə bağlı İrəvandan cavab gözlədiyini bildirmişdi.(Konkret.az)