17 May 2024
Ermənipərəstin qızı Bakıda konsert verəcək – Milananı ölkəmizə kim dəvət edib?

Ermənipərəstin qızı Bakıda konsert verəcək – Milananı ölkəmizə kim dəvət edib?

06 İyun 2023
Baxış: 764

Müğənni- bəstəkar Murad Arif rus aktyor və aparıcı Vitali Qoqunskinin qızı Milana Starın Bakıda konsertinin keçirilməsinə etiraz edib. 1 news.az xəbər verir ki, buna səbəb 44 günlük Vətən müharibəsi ərzində Vitalinin erməniləri dəstəkləməsi olub. O, bunu öz şəxsi “İnstaqram” səhifəsində paylaşıb.

“Rus aktyoru, ermənipərəst Qoqunski, 44 günlük müharibədə dayanmadı, Martirosyan, Qalustyan demədi, bütün ermənilərin səhifələrində yatdı, erməni xalqının dərdinə ağladı, dünyanı “vəhşi azərbaycanlıların” zülmünə “stop” deməyə çağırdı. Azərbaycanlılar da həmişəki kimi həmin Qoqunskinin balası Milanaya qucağını açıb, ona konsert təşkil edir. Xasiyyətsizliyimizin həddi-hüdudu varmı?”- deyə sənətçi bildirib.

37jpg-1684748081.jpg (45 KB)

Həm də bloger olan Milananın konserti 11-12 iyun tarixlərində Bakı Musiqi Akademiyası nəzdində opera studiyasının konsert salonunda baş tutmalıdır. Konsertin bilet qiyməti 30-230 manat arasında dəyişir. Qeyd edək ki, 11 iyun tarixinə olan biletlər artıq satılıb.

Ermənipərəst aktyorun qızının Bakıda konsertini hansı təşkilat təşkil etdiyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı.

Xatırladaq ki, Vətən müharibəsi dövründə ermənilərə dəstək olub, Azərbaycan əleyhinə fikirlər səsləndirən bir neçə rus və ukraynalı müğənninin Bakı konsertləri ictimaiyyətin etirazı sayəsində ləğv olunub. Onların arasında rusiyalı müğənni Lyubov Uspenkskaya, ukraynalı müğənnilər Tina Karol, Maks Barskixin adlarını qeyd etmək olar.

Bəs digər azərbaycanlı sənətçilər Murad Arifin narahatlığını bölüşürmü?

Без названия-4.jpg (7 KB)

Əməkdar artist Elza Seyidcahan mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Murad Arifin fikirləri ilə mən də razıyam. Belə etmək doğru deyil. Gələcəkdə diplomatik əlaqələrlə dövlətlər arasında sülh müqaviləsi bağlanar, ərazilərimizin bütövlüyü tam təmin olunar, o zaman bu cür konsertlərin, tədbirlərin keçirilməsini normal qəbul etmək olar. Bir sözlə, Murad Arifin iradı yerində edilmiş iraddır”.

nurrrraaa.jpg (9 KB)

Tanınmış müğənni Nura Suri isə qeyd etdi: “Murad Ariflə razıyam. Çünki bu cür adamlar Bakıya gəlib, konsert verir, pul qazanır, gedəndən sonra da ölkəmizi pisləyirlər. Ona görə də kimisə dəvət edəndə ilk öncə düşünmək lazımdır.

O ki, qaldı 13 yaşlı uşağın konsert verməsinə, sözün doğrusu, düşünürəm ki, valideynlərinə görə uşaqlara etiraz etmək doğru olmazdı. Amma hər halda, Azərbaycan əleyhinə fikirlər səsləndirib, sonra da gəlib ölkəmizdə konsert verilməsini də normal qarşılamaq olmaz”.