17 May 2024
Ermənilərdən götürülən hərbi qənimətlər AÇIQLANDI

Ermənilərdən götürülən hərbi qənimətlər AÇIQLANDI

20 Sentyabr 2023
Baxış: 876

Qarabağda keçirilən antiterror tədbirləri zamanı qarşı tərəfin minaatan mərmisi ilə dolu 6 ədəd “Ural” markalı avtomobil və 4 ədəd minaatan qənimət olaraq götürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Anar Eyvazov brifinqdə deyib.

Qeyd edək ki, ötən gündən etibarən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.