06 May 2024
Ermənilər ŞOKDA: Tərəfdaş saydıqları Yunanıstan Ermənistana xəyanət edib?

Ermənilər ŞOKDA: Tərəfdaş saydıqları Yunanıstan Ermənistana xəyanət edib?

13 İyul 2021
Baxış: 1274

İyulun 9-da Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri işğaldan azad edilən Şuşa şəhərini ziyarət ediblər. Səfər ölkə başçısı İlham Əliyevin razılığı ilə reallaşıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu səfər erməni mətbuatında geniş müzakirələrə səbəb olub. Belə ki, ermənilər ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin səfirlərinin sözügedən səfərdə iştirak etməməsini sevinclə qarşılasalar da, Yunanıstanın atdığı addım onları əməlli-başlı qəzəbləndirib. Buna səbəb Yunanıstan səfiri Nikolaos Piperigosun Şuşaya səfər edən diplomatik nümayəndələr arasında yer alması olub.

Ermənilər iki ölkə arasındakı münasibətlərin soyuqluğunu, türklərin guya Yunan torpaqlarını işğal etdiyini əsas gətirərək, səfirin Şuşaya getməsini anlamadıqlarını bildiriblər. Yəqin Yunan tərəfdaşlarımız Ermənistanın “Şimali Kiprdə” səfirlik açmasına qarşı deyillər? – deyə ironiyalı fikirlər səsləndiriblər.

“Yunan tərəfdaşlarımızdan məntiqli açıqlama yaxud da Azərbaycan mətbuatının bu məsələ ilə bağlı təkzibini eşidəcəyimizə ümid edirik” –deyə erməni mətbuatı yazıb.(konkret.az)