18 May 2024
Ermənilər ən çox itkini bu istiqamətdə verib - General AÇIQLADI

Ermənilər ən çox itkini bu istiqamətdə verib - General AÇIQLADI

28 Sentyabr 2021
Baxış: 504

“Bizim təqvimimizdə artıq Zəfər Günü var. Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Kadrlar baş idarəsinin rəisi general-mayor Bəkir Orucov deyib.

Onun sözlərinə görə, düşmən fikirləşirdi ki, Aprel döyüşlərində itirdikləri torpaqları geri alacaqlar: “Ancaq onlar elə ən çox itkiləri də orada verdilər. Belə bir müharibə dünya tarixində görülməyib. Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazıb”.