20 May 2024
Erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib - VİDEO

Erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib - VİDEO

13 Avqust 2022
Baxış: 408

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

AJMEDIA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Bizim.Media