06 May 2024
Erməni rəsmilər kefdədir: Simonyan restoranlarda, Paşinyan Fransada Makronla doğum günü keçirir - VİDEO

Erməni rəsmilər kefdədir: Simonyan restoranlarda, Paşinyan Fransada Makronla doğum günü keçirir - VİDEO

27 May 2021
Baxış: 1032

Ermənistanda vəziyyət gərgin olduğu halda hökumət kef axtarır.

AJMEDİA.info xəbər verir ki, yerkir.am saytının müxbiri İrəvanda restoranların birində axşam vaxtı əylənən Ermənistan parlamentinin sədr müavini Alen Simonyan və DJ Edoya yaxınlaşaraq “Sərhəddə gərginlik və itkilərimizin olduğu bir vaxtda siz restoranlarda necə gəzib əylənə, sevinə bilirsiniz? Geqarkunikdə azərbaycanlılar irəliləyir, bəs siz ölənlərimizi düşünmürsüz? Narahat olmursuz?” – deyə sual verib.

Simonyan jurnalistə cavab olaraq bildirib ki, “ölənlərin dərdini özün çək, Qeqarkunikdəki vəziyyətdən sən narahat ol”.

Daha sonra Simonyan jurnalisti təhqir edib, restoran işçilərindən onu çölə çıxartmağı tələb edib. Deputatın sürücüsü Axo isə jurnalisti itələyərək yıxıb. Öz kef damağında olan isə tək Simonyan deyil. Erməni mətbuatı yazır ki, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan, Fransa prezidenti Emanuel Makronun dəvəti ilə gələn həftə Fransaya səfər edəcək. Paşinyan iyunun 1-i ad gününü Makronla birgə Parisdə qeyd edəcək.

Erməni mətbuatı onun işgüzar səfər adı altında Fransaya əylənmək üçün getməsini qınayıb. Ən maraqlısı isə Paşinyanın Zəngəzur və Qeqarkunikdəki hadisələr fonunda bayram əhval-ruhiyyəsində olmasıdır, xüsusən də ölkədə siyasi və seçki prosesləri getdiyi bir vaxtda. Necə deyərlər, “keçi can hayında qəssab piy axtarır”.(oxu.az)