18 May 2024
Erməni qondarma “soyqırımı” tanıyan ölkələrin siyahiları - MARAQLI FAKTLAR
Erməni qondarma “soyqırımı” tanıyan ölkələrin siyahiları - MARAQLI FAKTLAR

Erməni qondarma “soyqırımı” tanıyan ölkələrin siyahiları - MARAQLI FAKTLAR

20 Dekabr 2022
Baxış: 313

Ümumilikdə isə dünyada saxta erməni soyqırımını tanıyan ölkələrin sayı bir deyil, iki deyil.

AJMEDİA.İNFO siyahını təqdim edir.

İsveç parlamenti - 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruqay - 1965, 2004, 2005-ci illər olmaq üzrə düz 3 dəfə qondarma erməni soyqırımı iddialarını qəbul edib.

Yunan Kipri - 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları - ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsassız “soyqırımı”nı tanıyan ştatlar:

Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.

Rusiya - “soyqırımı” 2 dəfə tanıyıb. Əvvəl 1995-ci ildə, sonra da 2005-ci ildə.

Kanada da soyqırımı 3 dəfə tanımış dövlətlər sırasındadır - 1996, 2000 və 2004-cü illərdə qondarma sənəd gündəmə çıxarılıb və hər 3-də də qəbul edilib.

Yunanıstan - 1996-cı ildə “soyqırımı”nı tanıyıb.

Livan - erməni lobbisinin geniş yayıldığı bu ölkədə 2 dəfə olmaqla - 1997-ci ildə və 2000-ci ildə “soyqırım” tanınıb.

Belçika - 1998-ci ildə qondarma erməni soyqırımını tanıyıb.

İtaliya - 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan - İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

İsveçrə - “soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya - 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.

Hollandiya - 2004-cü ildə erməni iddialarını qəbul edib.

Polşa - 2005-ci ildə qəbul edib.

Almaniya - 2005-ci ildə qəbul edib.

Venesuela - 2005-ci ildə qəbul edib.

Litva - 2005-ci ildə qəbul edib.

Çili - 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya - 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul edib.

Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatların siyahısı isə belədir:

Avropa Şurası;

Avropa Parlamenti;

“Permanent Peoples” Tribunal;

Dünya Kilsələr Şurası;

İnsan Haqları Dərnəyi;

YMCA Avropa Birliyi;

BMT-nin Ayrı-Seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası.


“Yeni Müsavat”