06 May 2024
Erməni müxalifəti Paşinyanı devirmək üçün Putindən İCAZƏ İSTƏDİ - ƏTRAFLI

Erməni müxalifəti Paşinyanı devirmək üçün Putindən İCAZƏ İSTƏDİ - ƏTRAFLI

27 Aprel 2022
Baxış: 643

Ermənistan müxalifəti ölkə hakimiyyətini devirmək üçün müxtəlif yollara əl atmağa davam edir. Son olaraq Daşnaksütyun Partiyasının üzvü Armen Rustamyan bu məqsədlə Moskvaya yollanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Ermənistan KİV-in iddiasına görə, A.Rustamyan Moskvaya müxalifətin fəaliyyətini Kremllə koordinasiya etmək və Nikol Paşinyanı devirmək üçün razılıq almaq niyyəti ilə gedib.

Rusiya paytaxtında ölkənin yüksək vəzifəli məmurları ilə əlaqə yaratmağa çalışan müxalifət nümayəndəsinin cəhdləri boşa çıxıb. Sadəcə bir məmurla (aşağı vəzifəli) görüşə bilən A.Rustamyan kömək ala bilməyəcəyini və Kremlin Paşinyanla çalışdığı cavabını eşidib.

Beləliklə, Ermənistan müxalifəti Moskvadan əliboş qayıdıb, o, nəinki planlarına razılıq əldə edib, hətta Kreml tərəfindən dinlənilməsinə belə ehtiyac görülməyib.

Qeyd edək ki, Ermənistan müxalifəti ölkədə hakimiyyəti ələ keçirmək və mövcud hakimiyyətə təzyiq göstərmək üçün son günlər aksiyalar təşkil edir. Lakin əsasən Azərbaycana qarşı separatçı fikirlərin, sülh prosesinə xələl gətirəcək tələblərin önə sürüldüyü aksiyalar ictimaiyyətdə gözlənilən dəstəyi ala bilmir.