19 May 2024
Erməni hərbçilərin qaçarkən atdıqları papaqlar nümayiş etdirilir

Erməni hərbçilərin qaçarkən atdıqları papaqlar nümayiş etdirilir

04 Oktyabr 2021
Baxış: 670

Hərbi jurnalist Şöhrət Eyvazov Vətən müharibəsində erməni hərbçilərinin qaçarkən döyüş meydanında atdıqları papaqlarını və digər əşyalarını toplayaraq səyyar kolleksiya şəkilində nümayiş etdirir.Qarabağ bürosu xəbər verir ki, jurnalistin fərdi kolleksiyasındakı hərbi qənimətlər arasında erməni zabitləri və əsgərlərinə məxsus kakardalar, mundirlər, qumqumalar, zabit geyimləri və onlarla hərbi əşyalar yer alır.

I Qarabağ müharibəsində iştirak edən Ş.Eyvazov bildirib ki, o zamankı şərait və texniki imkansızlıqlar nəticəsindən döyüşlərə aid heç bir əşyanı götürüb saxlaya bilməyib: "Cəbhənin Tərtər və Ağdərə istiqamətində döyüşmüşəm. Texniki şərait imkan vermirdi ki, hansısa fotolar, videolar saxlayaq. Eləcə də heç bir eksponat saxlamadım. Sonra fikirləşdikm ki, mütləq onlardan yığsaydım yaxşı olardı. Gələcək nəsillər üçün həmin dövrə aid bir məlumatlar olardı və bu içimimi qalmışdı".

Azərbaycan ordusunun ehtiyatda olan zabiti, İctimai televiziyanın Qarabağ üzrə xüsusi müxbiri Ş.Eyvazov artıq bir neçə ildir ki, hərbi jurnalistika sahəsində çalışır. O, Vətən müharibəsi zamanı erməni ordusunun fərari zabit və əsgərlərinin əşyalarından kolleksiya toplayıb..

Ş.Eyvazov əlavə edib ki, Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə çəkiliş aparan zaman erməni zabitinin döyüş meydanında qaçarkən atdığı papağı tapıb: Həmin papağın fotosunu çəkib sosial şəbəkələrdən birindəki hesabımda paylaşdım. Yüksək rütbəli zabitin döyüş meydanından qaçarkən atdığı papağının fotosu qardaş Türkiyə tellekanallarında nümayiş etdirildi və izləyicilərin marağına səbəb olmuşdu. Elə həmin vaxtdan başlayaraq digər eksponatları - tankist şilemi, kitellər və digər qarşıma çıxan eksponatları dövrün xatirəsi kimi topalamağa başladım".

Əşyaların yaxın zamanda təkcə ölkə daxilində deyil, Azərbaycana dost olan qardaş ölkələrdə də nümayiş etdirilməsini arzu edir. Bunun üçün, ona bəzi qeyri hökumət təşkilatlarıda kömək etmək üçün müraciət ediblər.

Düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi qənimətlərin nümayiş etdirilməsinin ideoloji mübarizədə əhəmiyyəti də böyükdür. Bu eksponatlar təkcə erməni faşizminin tanıdılması deyil, hərbi-vətənpərvərlik təbliğatı baxımından da vacibdir.