19 May 2024
Erməni faşizmi dünya ermənilərinin təşkilatlanması prosesinin ana xəttini təşkil edir

Erməni faşizmi dünya ermənilərinin təşkilatlanması prosesinin ana xəttini təşkil edir

31 Yanvar 2022
Baxış: 391

Ermənilərin faşizmə qarşı müharibədə ən çox itki verən və ən çox dağıntılara məruz qalan ölkənin paytaxtında faşist cəlladı Qaregin Njde haqqında çəkilən filmin nümayişinə cəhd göstərmələri sübuta yetirir ki, erməniliyin islahı kifayət qədər çətin və ağır bir prosesdir. Erməni faşizmi regionda, dünyada müəyyən bir boşluq hiss edən kimi yenidən təzahür etməyə çalışacaq. Qeyd edim ki, filmin nümayişinə yəhudilərin soyqırımı – “Holkost” günü cəhd göstərilməsi isə bir daha təsdiq edir ki, ermənilər soyqırımı cinayətlərini dəstəkləyir və təqdir edirlər.

AJMEDİA.İNFO xəbər verir ki, Prezident İlham Əliyevin Gəncədə, İkinci Qarabağ müharibəsində ermənilərin mülki əhalini raket zərbələrinə tutması nəticəsində yaranan dağıntılar qarşısında səsləndirdiyi fikirlər də erməni faşizminin yenidən təzahür edə biləcəyi barədə, bu dəhşətli ideologiyadan ziyan çəkən xalqlara və dövlətlərə xəbərdarlıq kimi qəbul edilməlidir.

Bəli, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan erməni faşizmini məğlub edib, amma o tamamilə məhv edilməyib. Çünki erməni faşizmi dünya ermənilərinin təşkilatlanması prosesinin ana xəttini təşkil edir.

Bu fikirlər politoloq, siyasi ekspert Elçin Mirzəbəylinin “Erməni faşizmi dünya ermənilərinin təşkilatlanması prosesinin ana xəttini təşkil edir” başlıqlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Özündə irqçiliyin ən qəddar elementlərini daşıyan erməni millətçiliyinin tarixi, ultramillətçiliyin, ariizmin özünü XX əsrin birinci yarısında Almaniyada büruzə verən faşizmdən daha qədimdir. Bunun üçün sadəcə tarixə nəzər salmaq, Sosial Demokrat Hnçak partiyasının 1886-cı, Daşnaksütun (Erməni İnqilabi Federasiyası) partiyasının isə 1890-ci ildə yaradıldığını xatırlatmaq yetərlidir. Alman Nasional Sosialist Fəhlə Partiyası 1920-ci ildə, Hnçak və “Daşnaksutyun”dan 30-34 il sonra elan edilib.

İdeoloji baxımdan hər 3 partiya arasında bənzərlik olsa da, həm erməni ultramillətçiləri, həm də alman faşistləri üçün sosializm örtüyü ətraflarına daha geniş kütlələri cəlb etmək, əsl məqsədi – radikal irqçiliyi gizlətmək üçün istifadə olunub.

Məsələn, həm Hnçakın, həm də Daşnaksutyunun nizamnaməsində marksizm ideyalarına istinad olunur, amma silahlı dəstələrin təşkili, hakimiyyət nümayəndələrinə qarşı terror aksiyaları, dövlət idarələrinin dağıdılması və talan edilməsi təbliğ edilir. Halbuki nə marksizmdə, nə də Platondan başlayaraq utopist sosialistlərədək sol ideyaların ilkin və sonrakı təzahürlərinin heç birində zorakılıq, xaos, terror, talan, soyğunçuluq məqsədə çatmaq üçün vasitə sayılmır.

Alman faşizmi Fridrix Nitşenin fövqəlinsan konsepsiyasını irqçiliyin fəlsəfi əsasları kimi təqdim etməklə, özünə ideoloji söykənəcək axtardığı kimi, ondan öncə yaranan erməni millətçi təşkilatları da Marksizmdən erməni Qriqoryan kilsəsində formalaşan qanlı hayizm-armenizm ideyasını pərdələmək üçün istifadə edirdilər.

Gerçəklikdə isə alman faşizminin irqçi ideyalarını Martin Haydeqqerin “Metafizikaya giriş”, Alfred Rozenberqin “XX əsrin mifi” ("Der Mythus Des 20 Jahrhunderts") və "Qan və Qürur" ("Blut und Ehre") əsərləri təşkil edirdi.

Birinci dünya müharibəsindən əvvəl Osmanlı Türkiyəsinin və çar Rusiyasının zəifləməsindən, daha sonra isə süquta uğramalarından istifadə edən erməni Qriqoryan kilsəsi, erməni ultramillətçi təşkilatları məhz ilkin faşizm ideyalarını əsas götürərək, türklərə, yəhudilərə, “Rusiya tatarları”na qarşı qanlı cinayətlər törədirdilər. Qeyd edim ki, Hnçak, Daşnaksutyun və Alman Nasional Sosialist Fəhlə partiyasının ortaq cəhətlərindən biri də, hər üç təşkilatın yəhudilərə və “Rusiya tatarları”na qarşı nifrəti təbliğ etmələridir.

Erməni ultramillətçiləri ilə alman faşistləri arasındakı “mənəvi qohumluğun” izlərini Nasional Sosialist Fəhlə Partiyasının Almaniyada hakimiyyətə sahiblənməsindən sonra daha qabarıq şəkildə görmək mümkündür: “1936-cı il sentyabrın 17-də ABŞ-da “Daşnaksutyun” partiyasının nəzarətindən olan “Ayrenik” qəzetində dərc olunan məqalədə deyilir: “Birinci Dünya müharibəsində məğlub olan, milli birlik, həmrəylik problemi yaşayan Almaniyanın qeyri-müəyyən, dolaşıq siyasəti onu heç yerə aparmırdı... Adolf Hitler hakimiyyətə gəldikdən sonra almanların qəlbindəki irqçi hisslərə toxunmaqla, milli dahilik mənbəyini ortaya qoymaqla məğlubiyyət əhval-ruhiyyəsinə son verdi.

Almaniya Birinci Dünya müharibəsindən sonra heç vaxt Hitler hakimiyyətində olduğu kimi real, yaxşı düşünülmüş, planlaşdırılmış siyasət yürütməyib. Alman düşüncəsi heç vaxt indiki qədər belə ifadəli, dəqiq və zəngin olmayıb. Xaricilərin Hitler və faşizm haqqında nə deməsindən asılı olmayaraq, faşizm Almaniya və İtaliya kimi iki dövləti yenidən doğmaqla və canlandırmaqla özünü təsdiqlədi...”

Elə eyni mətbu orqanın 1936-cı il 19-21 avqust sayında Almaniyadan ABŞ-a yenicə qayıdan “Daşnaksutyun” təmsilçilərindən biri yazır: “Yəhudilər bütün xalqlardan daha millətçidirlər və öz irqlərinin təmizliyi üçün fanatikcəsinə mübarizə aparırlar.

...Bəzən bu zəhərli elementlərdən xilas olmaq çox çətin görünür. Onlar xroniki xəstəliklər kimi daha dərində gizlənirlər. Bu zaman hansısa xalq onları ənənəvi olmayan üsullarla qırmağa başlayır və bu üsullar inqilabi üsullar kimi qəbul olunur. Cərrahiyyə əməliyyatları zamanı qanın axması adi məsələdir. Belə vəziyyətlərdə diktatura xilaskar rolunda çıxış edir”.

Ermənilərin irqi-dini təlimatlarının müəllifi, Ermənistanın paytaxtında “şərəfinə” 6 metr hündürlükdə abidə ucaldılan muzdlu, faşist Qaregin Njde ingilisdilli “Ayrenik Uikli”nin 1936-cı il 10 aprel tarixli sayında yazırdı: “Təmiz irqli insan öz təmiz qanının ilahi təbiətinə inanır. İrq hər şeydən üstündür və yüksəkdə dayanır. İrq birinci yerdədir. Hər şey irq üçün. İrqi-dini təlimatlara görə, təmiz qanlıların eyni inamı, eyni rəhbərliyi, eyni siyasi rəmzləri var. Təmiz qanlı insanların öz geyimi, öz himni, öz adətləri, öz bayramları olacaq... Bu gün Almaniya və İtaliya ona görə güclüdür ki, millət olaraq öz irqlərinin maraqları ilə nəfəs ala və onu sevə bilirlər”.

Qaregin Njde Hitlerin gənclərə xitabən dediyi şüarlardan birinin sözlərinin yerini dəyişərək, erməni gəncliyinin tərbiyəsi üçün daha sərt, daha amansız faşizm modelini seçmişdi: “Gənclik, ürək və dəmir”. Njde, Mandalyan, Darbinyan və digər faşist ideoloqlarının ardıcılları olan erməni gəncləri öncə “irqçi vətənpərvərlər” adlandırılırdılar, sonra isə faşist cəlladları onlara “Seqakron” – “İrqçi inanclılar” adını verdilər...”.

Almaniyanı birləşdirən Otto fon Bismarkın “Qan və dəmir” şüarını mənimsəyərək, onu “Qan və qurur” kimi təqdim edən Alfred Rozenberqin faşizm ideyaları, bu ideyalardan bəhrələnərək, “Gənclik, qan və dəmir” irqçi tezisi ilə dünyanı qana bürüyən Adolf Hitlerlə “Gənclik, ürək və dəmir” adlı “irqçi inanclılar” modelini seçən erməni ultramillətçiləri arasında hər hansı bir fərqin olmadığını sezmək, qənaətimə görə bir o qədər də çətin deyil.

Bu baxımdan, XX əsrin sonlarından, SSRİ-nin zəifləməsi və süqutundan başlayaraq, erməni ultramillətçiliyinin öz qanlı dişlərini qıcayaraq yenidən dirçəlməsi, özünə türkləri, “Rusiya tatarları”nı, yəhudiləri hədəf seçməsi təsadüfi deyildi və o, növbəti dəfə əlinə düşən “əlverişli imkan”dan yararlanaraq, faşizmin “yarımçıq qalan işini” başa çatdırmaq üçün öncə Cənubi Qafqazı, daha sonra isə bütün dünyanı qana bürümək niyyəti güdürdü.

Lakin bu proses Azərbaycan dövlətçiliyinin inkişafı, iqtisadi, hərbi və diplomatik müstəvidə seçilən strategiya, həyata keçirilən ardıcıl siyasət nəticəsində iflasa uğradı.

Azərbaycan Cənubi Qafqazı və daha böyük arealı faşizmin növbəti dalğasından xilas etdi. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməli, dərk etməli və Azərbaycanın tarixi missiyasını qiymətləndirməlidirlər.

Ancaq heç kim qarantiya verə bilməz ki, erməni faşizmi yenidən baş qaldırmayacaq. Bu baxımdan, ölkəmiz istənilən təhdidə hazır olmalıdır və bu gün yürüdülən siyasətin təməlində də bu amil dayanır.

Düşünürəm ki, dövlətimizin başçısının müsahibəsində erməni faşizminin yenidən təzahür edə biləcəyi ilə bağlı yer alan məqamlar, Azərbaycanın bu istiqamətdəki mövqeyini tam və mükəmməl bir şəkildə ifadə edir. Sitat: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.