17 May 2024
Erməni deputat az qala əsgərlərimizə əsir düşürmüş - ÖZÜ DANIŞDI

Erməni deputat az qala əsgərlərimizə əsir düşürmüş - ÖZÜ DANIŞDI

11 Aprel 2023
Baxış: 248

“Mən də azərbaycanlılara əsir düşə bilərdim. Çünki sərhəd yoxdur. Kornidzorda hamısını gözümlə gördüm. Orada mən duran yerdən təsadüfən bir neçə yüz metr aralıda azərbaycanlılar vardı. Kənd camaatı mənə irəli getməməyi tövsiyə etdi, çünki əsir düşmək riski var idi”.

AJMEDİA.İNFO erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin “Hayastan” blokundan olan deputatı Qarnik Danielyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılar artıq Tex kəndində məskunlaşıblar (erməni siyasətçi həyasızlıqla ordu mövqelərimizin yerləşdiyi yeri “Ermənistanın suveren ərazisi” adlandırır - red.).

“Əsgərlərimiz orada yox idi. Onların harada olması ilə bağlı suala səlahiyyətli orqanlar cavab verməlidir, lakin onlar düz-əməlli heç nə demirlər. Bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir. Mən özüm də parlamentin tribunasından bu məsələləri qaldırmışam, lakin hakimiyyət buna cavab olaraq qeyri-adekvat davranış nümayiş etdirir, təxribat törədir və qarşıdurma təşkil edir”, - deyə erməni deputat bildirib. (Musavat.com)