18 May 2024
Ərəb ölkəsi İsraildə SƏFİRLİK AÇDI: İsrail Prezidenti də İŞTİRAK ETDİ

Ərəb ölkəsi İsraildə SƏFİRLİK AÇDI: İsrail Prezidenti də İŞTİRAK ETDİ

14 İyul 2021
Baxış: 622

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsraildə - Təl-Əvivdə səfirlik açıb.

AJMEDİA.İNFO REUTERS-ə istinadən xəbər verir ki, açılış mərasimində İsrailin Prezidenti İshak Hersoq iştirak edib.

Mərasimdə İsrail prezidenti səfirliyin açılmasının yalnız BƏƏ-İsrail münasibətləri üçün deyil, bütün Yaxın Şərq üçün önəmli addım olduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə İsrail səfirliyi açılmışdı.