06 May 2024
Ərdoğanın mesajı qorxu yaratdı - RUSİYAYA ÜZ TUTDULAR

Ərdoğanın mesajı qorxu yaratdı - RUSİYAYA ÜZ TUTDULAR

04 Noyabr 2021
Baxış: 680

Türkiyənin Suriyada yeni antiterror əməliyyatlarına başlayacağı mesajından sonra bölgədə bir-birinin ardınca maraqlı gəlişmələr baş verir.

AJMEDİA.İNFO xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın əməliyyatla bağlı açıqlamasından sonra PKK/PYD terror təşkilatı ələ keçirdiyi torpaqları itirməmək bütün vasitələrə əl atmağa başlayıb.

Məlumata görə, PYD Rusiya vasitəsilə Bəşər Əsədə razılaşma təklifi göndərib.

Əsəd-PYD birliyinin qurulması təklifinin daxil olduğu anlaşma PKK terror təşkilatı tərəfindən də təsdiqlənib. Bununla belə, razılaşma ABŞ-ın vetosuna ilişib.

Terror təşkilatı bölgədəki kürdlərə müxtəlif sosial hüquqların verilməsi, kürd dilinin tanınması və kürdlərin Əsəd hökumətində iştirakı müqabilində bəzi bölgələrin rejimə verilməsini təklif edib.

Razılaşma Qamışlı və PYD-nin nəzarətində olan digər bölgələri əhatə edib, Fəratın şərqi sənədə daxil edilməyib. Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşma PYD-nin rejim qüvvələrində iştirakını da əhatə edir.

ABŞ-ın PYD-Əsəd razılaşmasını qəbul etmədiyi, Vaşinqtonun başqa gündəliyinin olduğu və bunlardan ən vacibinin İsraillə barışıq olduğu bildirilib.(Teleqraf)