05 May 2024
Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqladı

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqladı

26 Oktyabr 2021
Baxış: 442

“Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin də təməlini bu anlayış yaratmaqdadır”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq” , - deyə dövlət başçısı vurğulayıb.