17 May 2024
Ərdoğan: “Azərbaycandan gələn təbii qazın miqdarını artırdıq”

Ərdoğan: “Azərbaycandan gələn təbii qazın miqdarını artırdıq”

31 Yanvar 2022
Baxış: 405

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə nazirlər kabinetinin növbəti iclası keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, İclasdan sonrakı mətbuat konfransında çıxışı zamanı dövlət başçısı çoxsaylı mövzularla yanaşı, Türkiyənin enerji təchizatından da bəhs edib.

İrandan Türkiyəyə mavi yanacağın verilişinin bərpa edildiyini xatırladan Ərdoğan Azərbaycandan ölkəsinə idxal olunan təbii qaz həcminin də artırıldığını bəyan edib.

Həmçinin, prezident hazırda Avropa ölkələrinin qazla təchizatda yaşadıqları problemlər fonunda Türkiyədə analoji çətiliklərin olmadığını bildirib.