05 May 2024
“Ərdoğan anlayır ki, Rusiya ilə birbaşa hərbi toqquşma ölümcül ola bilər”  -  Voytolovski

“Ərdoğan anlayır ki, Rusiya ilə birbaşa hərbi toqquşma ölümcül ola bilər” - Voytolovski

19 Oktyabr 2021
Baxış: 650

“Ərdoğan Rusiyanın hərbi qabiliyyətini görür və anlayır. Həmçinin Rusiya ilə birbaşa hərbi qarşıdurmanın nə qədər ölümcül ola biləcəyini mükəmməl şəkildə başa düşür”.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri rusiyalı akademik Fyodor Voytolovski səsləndirib. O söyləyib.

“Bundan əlavə Türkiyə rəhbərliyi yaxşı anlayır ki, Şimali Atlantika Müqaviləsinin 5 -ci maddəsini tətbiq etməyə (hansı ki, bir NATO üzvünə hücumun digərinə yönəldiyini özündə ehtiva edir) Ankaraya icazə verməyəcəklər. Xüsusən də buna ABŞ icazə verməyəcək. Çünki bir NATO ölkəsi ilə Rusiyanın toqquşması, bütün digər NATO üzvlərinin müharibəyə qoşulmasına səbəb olacaq. Bu oyunu isə heç kim oynamaq istəməz. Çünki bu oyunların bədəli nüvə silahının istifadəsi ilə ödənə bilər. Buna görə də, Rusiya ilə Türkiyə arasında açıq bir hərbi toqquşmanın mümkünlüyünə inanmıram” – deyə Fyodor Voytolovski fikirlərini tamamlayıb.(konkret.az)