18 May 2024
Ərdoğan "Afinanı vurarıq" DEDİ, Yunanıstan QORXUYA DÜŞDÜ - ƏTRAFLI

Ərdoğan "Afinanı vurarıq" DEDİ, Yunanıstan QORXUYA DÜŞDÜ - ƏTRAFLI

12 Dekabr 2022
Baxış: 344

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Afinanı vurarıq” açıqlaması Yunanıstan mediasının gündəmini zəbt edib.

AJMEDİA.İNFO xəbər verir ki, “Ta Nea” qəzeti Ərdoğanın açıqlamalarını “Raketlərimiz Afinanı vuracaq” başlığı ilə oxucularına çatdırıb.

“ERT” televiziyası Türkiyə Prezidentinin bəyanatını “Ərdoğan Afinanı raketlə təhdid etdi” başlığı ilə dərc edib. “Kathimerini” qəzeti isə “Yunanlar sakit dayanmasa, Afinanı vuracağıq” başlığını yazıb.


Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Yunanıstanın qanunsuz hərbi fəaliyyətlərinə diqqət çəkərək, Afinaya xəbərdarlıq edib:

“Tayfun raketi deyirsən Yunanıstan qorxur. “Afinanı vuracaq deyirlər”. Sən rahat dayanmasan, vuracaq əlbəttə. ABŞ-dan adalara bir şeylər almağa çalışsan, Türkiyə kimi bir ölkə də hər halda armud toplmayacaq”.