18 May 2024
Ən xəsis bürclər - Onlar pul xərcləməyi sevmirlər

Ən xəsis bürclər - Onlar pul xərcləməyi sevmirlər

17 Noyabr 2023
Baxış: 531

Bəzi insanlar məcburiyyət qarşısında qalmadıqları təqdirdə pul xərcləmir, hətta minimum ehtiyaclarını belə təxirə salırlar.

AJMEDİA.İNFO bu dəfə ən xəsis bürclərlə bağlı məlumatları təqdim edir.

Buğa bürcü - Adətən qənaətcil olurlar. İnvestisiya qoymazdan əvvəl müsbət və mənfi cəhətləri nəzərdə keçirirlər. Buğalar həm də borclu qalmağı sevmirlər. Onlar sizi axşam yeməyinə dəvət edirsə, hesabın yarıya bölünməsini istəyirlər.

Qız bürcü - Onlar lazım olduğu qədər qənaət edirlər. Pul məsələsində çox düşüncəli və həssas ola bilərlər. Hətta xərclərinin siyahısını tərtib edirlər.

Oğlaq bürcü – Ciddi olmayan heç bir xərcə yol vermirlər. Bununla belə, oğlaqlar bu mövzuda ifrata da gedə bilərlər. Onlar inanırlar ki, çox pul xərcləmək insanların özünü nümayiş etdirməsidir. Bu səbəbdən də xərclərini həmişə məhdudlaşdırırlar.

Əqrəb bürcü - Sadə düşünürlər, çölə çıxmağı çox sevmirlər. Həddindən artıq pul xərcləyəcəkləri yerlərdə qalmağı sevmirlər.

Xərçəng bürcü – Onlar da çox qənaətcil olur. Bu da onların pul xərcləmələrinə maneə yaradır. Ailəsinə, dostlarına düşkün olan xərçənglər bu mövzuda o qədər də xəsis deyillər.

Qoç, Əkizlər, Şir, Oxatan, Dolça və Balıqlar isə qənaətcil deyillər.(Sfera.az)