19 May 2024
Əmisindən Qənirə Paşayevanın səsyazısına REAKSİYA: "Həmin əməliyyat..."

Əmisindən Qənirə Paşayevanın səsyazısına REAKSİYA: "Həmin əməliyyat..."

10 Oktyabr 2023
Baxış: 470

Mərhum Qənirə Paşayeva ilə bağlı səsyazısına əmisi Qəzənfər Paşayev münasibət bildirib.

AJMEDİA.İNFO News24-a istinadla xəbər verir ki, o, sözügedən əməliyyatın uzun zaman öncə olduğunu deyib:

"Həmin əməliyyat çoxdan olub. Mən də bu barədə eşitmişəm. Ancaq nə əməliyyatı keçirdiyini dəqiq bilmirəm".

Xatırladaq ki, Q. Paşayevanın bloger Elçin Lənbaranskiyə atdığı səs yazısında özünün Türkiyədə ağır əməliyyat keçirdiyini, günlərdir xəstəxanada qaldığını, həkimlər tərəfindən yeni evə yazıldığını bildirib. O səsə yazısında ağır əməliyyatdan sonra Bakıya qayıtdığını bacısının evində olduğunu qeyd edib. Səs yazısında bloqerin deputat xanımdan Şuşaya səfərlə bağlı xahiş etdiyi məlum olur.