20 May 2024
Əməkdar artist xərçəngə TUTULUB: Göz yaşlarını saxlaya bilmədi – VİDEO

Əməkdar artist xərçəngə TUTULUB: Göz yaşlarını saxlaya bilmədi – VİDEO

23 Noyabr 2023
Baxış: 527

Xəbər verdiyimiz kimi, Əməkdar artist Sevda Əliqızının səhhətində ciddi problemlər yaranıb.

AJMEDİA.İNFO bizim.media-ya istinadən bildirir ki, “Elgizlə izlə” ictimai-sosial verilişin heyəti sənətçiyə evində baş çəkib.

Uzanaqlı vəziyyətdə canlı efirə çıxan Sevda bildirib ki, həkim onkoloq tərəfindən bir neçə müayinələrdən keçib və yaxın günlərdə əməliyyat olunucaq.

Sözügedən proqramın studiyasında qonaq olan müğənninin həkimi vurğulayıb ki, müayinələr zamanı Sevdanın sinəsində süd vəzinin onkoloji xəstəliyi aşkarlanıb.

Bu xəstəlik isə müalicəyə yönümlüdür. Öncə Sevda müalicə, sonra əməliyyat olunacaq.
Bu anda isə Sevda Əliqızı kövrələrək, göz yaşlarına qərq olub.