16 May 2024
Əməkdar artist şəhid həyat yoldaşının məzarının görüntülərini paylaşdı - VİDEO

Əməkdar artist şəhid həyat yoldaşının məzarının görüntülərini paylaşdı - VİDEO

11 İyul 2022
Baxış: 432

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yeni paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, sənətçi I Qarabağ müharibəsi zamanı şəhid olan həyat yoldaşı Xalid Quliyevin qəbrini ziyarət edib.

İfaçı məzarlıqdan lentə alınan görüntüləri şəxsi instaqram hesabında yayımlayıb. Həyat yoldaşının vəfatından artıq 30 il ötdüyünü deyən Haşımova paylaşımına bu sözləri də əlavə edib:

"O, gecə ana oğlunu, qardaş qardaşını, 1 yaş 8 aylıq körpə atasını, bir ev isə sahibini itirdi, amma yenə də hamının dilində bir söz var idi, Vətən sağolsun! Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim, demək azdır. Vətənin olmaq gərək. O, atadan qabaqdır. O, anadan irəli. Bilir ərlər, ərənlər vətənə tay olmayır. Ömürdən pay verərlər, vətəndən pay olmayır!

30 illik ömrün, 30 illik evin, şəhadətin mübarək. Ölkəmizin igid oğlu! Sizi yaşadan xalqımıza, sizi heçvaxt unutmayanlara cox sağolun deyirəm".

Qeyd edək ki, Əməkdar artistin həyat yoldaşı Xalid Əliyev 1992-ci ilin iyulunda Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKU.WS

VİDEO