20 May 2024
Elm və Təhsil Nazirliyi orta məktəb TİKDİRİR - 6 MİLYON MANATA...

Elm və Təhsil Nazirliyi orta məktəb TİKDİRİR - 6 MİLYON MANATA...

10 Dekabr 2023
Baxış: 323

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi "Veles” QSC olub.

AJMEDİA.İNFO Yeniavaz.com-a istinadən xəbər verir ki, İdarə Şəki şəhər 18 nömrəli 720 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması görə "Veles” QSC-yə 5 milyon 957 min 808 manat 20 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 2 min manat olan "Veles” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev, ev 5, mənzil 31-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abdurəhimov Teymur Fikrət oğludur.