19 May 2024
Əliyevlə Ərdoğanın hava limanının açılışındakı DİALOQU - VİDEO

Əliyevlə Ərdoğanın hava limanının açılışındakı DİALOQU - VİDEO

20 Oktyabr 2022
Baxış: 361

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq yaşanıb.

AJMEDİA.İNFO xəbər verir ki, hava limanının açılış rəmzini bildirən lənti kəsərkən Türkiyə Prezidenti qayçının qızıldan olub-olmadığı ilə maraqlanıb.

Həmin dialoqu təqdim edirik:

Ərdoğan: İlham qardaşım, bu qızıldırmı?

İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir…

Ərdoğan: Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun.

Daha sonra Türkiyə prezidenti kəsilən lenti qayçıya dolayaraq, İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. İlham Əliyev isə cavabında bunun “ gözəl bir xatirə” olacağını bildirib.

Daha sonra AZAL Prezidenti Cahangir Əsgərov Zəngilan Hava Limanının açarını Ərdoğana təqdim edib və onun qızıldan olduğunu qeyd edib.