17 May 2024
Əlikram Bayramov: “Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır” - VİDEO

Əlikram Bayramov: “Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır” - VİDEO

09 Aprel 2022
Baxış: 445

“Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır”.

AJMEDIA.INFO xəbər verir ki, bunu müğənni Əlikram Bayramov “Həmin Zaur" proqramında deyib.

Belə ki, Zaur Kamal Əlikrama "toyda bir nəfər deyib ki, yaxşı kişisən, amma arvaddan qorxursan. Elə bir şey olub?” sualını ünvanlayıb.

İfaçı isə qeyd edib ki, hadisə Sabirabadda toyda olarkən yaşanıb:

"Adam mikrofonu götürdü toyun ortasında dedi ki, yaxşı oğlansan, amma xanımından niyə belə qorxursan? Heç utanmadım da. Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır. Evdə xanımına kömək etmək kişinin borcudur. Hər şeyi xanım etməməlidir". Bizim.Media