17 May 2024
Əli Həsənov oğluna görə baş redaktora zəng etdi, onu HƏDƏLƏDİ

Əli Həsənov oğluna görə baş redaktora zəng etdi, onu HƏDƏLƏDİ

10 Aprel 2023
Baxış: 276

Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənlini hədələyərək, məhkəməyə verəcəyini bildirib.

Bununla bağlı Əli Həsənov Vasif Həsənli ilə əlaqə saxlayaraq, oğlu Şamxal Həsənli ilə bərabər baş redaktoru və saytı məhkəməyə verəcəyi barədə xəbərdarlıq edib.

Baş redaktor V. Həsənli isə Əli Həsənova cavabında bildirib ki, Azərbaycanda hər kəsin məhkəməyə müraciət etmək hüququ var:

"Əli Həsənova bildirdim ki, məhkəməyə müraciət etmək sizin müstəsna hüququnuzdur, buyurun verin. Fürsətdən istifadə edib, ona xatırlatdım ki, vaxtilə vəzifədə olduğu zamanlar mənə və ailəmə qarşı bütün təzyiqlərdən və qanunsuzluqlardan istifadə etmisiniz. Oğlu Şamxal Həsənli və qaynı Cəbrayıl Vəliyev başda olmaqla məni və ailəmi təhdid ediblər. Bildirdim ki, Əli Həsənov, şəxsən sizə dəfələrlə oğlunuzun və qaynınızın qanunsuz əməlləri barədə müraciət etsəm də, qarşısının alınması üçün tədbir görməmisiniz. Könül istərdi ki, Əli Həsənov vəzifə başında olarkən də qanunun qədrini bilərdi".

AJMEDİA.İNFO xatırladır ki, adıçəkilən sayt Əli Həsənovun oğlu Şamxal Həsənlinin qumarda küllü miqadarda pul uduzması haqda məqalə dərc edib.