18 May 2024
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə təbrik məktubu ünvanladı

Əli Əsədov Türkiyənin Vitse-prezidentinə təbrik məktubu ünvanladı

28 Oktyabr 2021
Baxış: 412

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.
İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.