20 May 2024
Elgizin verilişində dava düşdü: "Milyonçu həyatı yaşayırsan, əl çək camaatdan" - VİDEO

Elgizin verilişində dava düşdü: "Milyonçu həyatı yaşayırsan, əl çək camaatdan" - VİDEO

19 İyul 2022
Baxış: 642

"Elgizlə izlə" proqramında ekspert kimi əyləşən vəkil Şəfiqə Nağıyeva ilə yardım üçün gələn və özünü müğənni kimi təqdim edən Ayşə adlı qadın arasında dava düşüb.

AJMEDİA.İNFO Axşam.az-a istinadən xəbər verir ki, Ayşə bir vaxtlar imkanlı olduğunu, bir çox sənət adamına yardım etdiyini deyib. O bildirib ki, sonradan müflis olub və indi həmin müğənnilərdən ona kömək etmələrini istəyir.

Onun bu sözlərinə vəkil etiraz edib. "İnsanların sənə borcu var? İnsanları belə ələbaxan öyrətmək olmaz. Bu verilişdə xəstə uşaqlara yardım edilir. Get işlə və pul qazan" deyən, vəkilə qarşı tərəf etiraz edib.

"Halım yoxdur, danışa bilmirəm. Nə istəyirsən camaatdan? Bu danışanlara Allah mənim həyatımı yaşatsın. Bir insana əl tutmursan. Səndən yardım istədim? Milyonçu həyatı yaşayırsan. Əl çək camaatdan" deyə, Ayşə cavab verib. İkili arasında mübahisə daha da güclənib. Hər iki tərəfin mikrofonu söndürülüb.

Ş.Nağıyevanın "Get qab yu" sözlərinə "Qab yuya bilmərəm. Bu qədər işlər etmişəm" cavabını verib.