19 May 2024
Elgiz Əkbər: "O məkanda kokteyl hazırlayırdım" - VİDEO

Elgiz Əkbər: "O məkanda kokteyl hazırlayırdım" - VİDEO

15 İyun 2023
Baxış: 394

"Tələbə idim. Elə oldu ki, ikinci kursdan sonra vəziyyət yaxşı olmadı. Ümumiyyətlə ölkədə vəziyyət yaxşı deyildi. Keçmiş SSRİ dağılmışdı. Təxminən 1993-94-cü illərdən danışıram. Elə oldu ki, mən işləməyə qərar verdim. Amma harada işləyim bilmirdim".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər öz proqramında deyib.

Tanınmış aparıcı gənclik illərində ailəsinə maddi dəstək olmaq üçün restoranlardan birində kokteyl hazırlayan kimi çalışdığını etiraf edib:

"Məşhur bir məkan var idi. Mənə yaxın olan insanların həmin restoranın müdiri ilə dostluq əlaqələri var idi. Həmin dövr üçün olduqca bahalı restoranlardan biri idi. Mən getdim orada işə düzəldim. O məkanda kokteyl hazırlayırdım. Həmin vaxtlar çox gənc idim".