18 May 2024
Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq – Rəsmi

Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq – Rəsmi

17 Fevral 2024
Baxış: 413

Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 495 milyon 119,82 min kVt/saat elektrik enerjisi ixrac edilib.
AJMEDİA.İNFO
xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirib ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 22 milyon 77 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,8 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,8 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.