20 May 2024
Əlcəzair Avropanın qaz təminatında Rusiyadan önə keçdi

Əlcəzair Avropanın qaz təminatında Rusiyadan önə keçdi

01 Fevral 2024
Baxış: 403

2023-cü ilin sonunda Əlcəzair Avropa İttifaqına boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr arasında ikinci yeri tutdu.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Əlcəzair Radiosu məlumat yayıb. Əlcəzairin Avropa İttifaqı ölkələrinə boru kəmərləri vasitəsilə qaz tədarükçüləri arasında payı 19 faiz təşkil edib. Lider Norveç olub – 54 faiz, Rusiya isə üçüncü yerdədir -17 faiz.

2023-cü ildə Əlcəzair qazının Aİ-yə ixracının orta aylıq həcmi 2,41 milyard kubmetrə çatıb. Norveç üçün bu rəqəm 7 milyard kubmetr, Rusiya üçün isə 2,3 milyard kubmetrdir.

Əlcəzairdən təbii qazı Avropaya iki boru kəməri çatdırır: biri İtaliyaya, digəri isə İspaniyaya.