18 May 2024
“Əhmədə görə dünən heç birimiz işləməmişik..." - Taksi sürücüsü

“Əhmədə görə dünən heç birimiz işləməmişik..." - Taksi sürücüsü

16 Fevral 2024
Baxış: 365

Əhməd Əhmədovun fevralın 13-də ailə üzvlərini qətlə yetirməsindən sonra dünəndən etibarən Bakıda fəaliyyət göstərən bütün taksi sürücüləri kütləvi şəkildə narkoloji testdən keçiblər.

AJMEDİA.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə taksi sürücülərindən biri məlumat verib.

“Əhmədə görə dünən heç birimiz işləməmişik. Bütün sürücüləri narkoloji testə göndəriblər”, - məlumatda qeyd olunub.

Həmçinin qeyd edilib ki, onlayn ödəniş sistemi də fəaliyyətini dayandırıb və hazırda heç bir taksiyə görə onlayn ödəniş etmək mümkün deyil. Yeni qanunvericiliyə uyğun olaraq lisenziya alan taksi sürücüləri üçün onlayn ödəniş sistemi bərpa ediləcək.