19 May 2024
"Əhməd Vəliyev kimdir ki, mənimlə dost olsun?" - Ramiz Mehdiyevdən SƏRT AÇIQLAMA

"Əhməd Vəliyev kimdir ki, mənimlə dost olsun?" - Ramiz Mehdiyevdən SƏRT AÇIQLAMA

06 Noyabr 2023
Baxış: 674

Bir neçə gün öncə mətbuatda fəaliyyəti dayandırılmış “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvləri, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev və oğullarına məxsus olması ilə bağlı məlumat yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında yayılan məlumatları təkzib edib:

“Bu məlumatlar qəti yalandır. Mənim qızımın orada səhmləri yoxdur. Əhməd deputat olub, tanıyıram. Mənim onunla heç bir dostluğum olmayıb. Deyirlər ki, Əhməd Vəliyev mənimlə ailəvi yaxındır. Bunlar hamısı boş söhbətlərdir, yalandır. Əhməd kimdir ki, mənimlə dost olsun. Ümumiyyətlə onunla əlaqəmiz olmayıb”.