20 May 2024
Əhalinin aztəminatlı və sosial cəhətdən həssas təbəqəsi dövlətdən belə hüquqi yardım ala bilər - Avraam Berman

Əhalinin aztəminatlı və sosial cəhətdən həssas təbəqəsi dövlətdən belə hüquqi yardım ala bilər - Avraam Berman

05 Mart 2024
Baxış: 373

Pulsuz hüquqi yardım haqqında qanun layihəsində nəzərdə tutulur ki, əhalinin aztəminatlı və sosial cəhətdən həssas təbəqəsi dövlətdən belə yardım ala bilər. Eyni zamanda, xidmətlərin keyfiyyəti, regionlarda kifayət qədər sayda vəkillərin olmaması, pulsuz hüquqi yardım göstərən yerli strukturların yaradılması məsələlərinə diqqət yetirilib. Qanun layihəsində əhaliyə pulsuz hüquqi xidmət göstərilməsi sahəsində əməyi dövlət tərəfindən bu məqsədlər üçün ayrılan xüsusi vəsait hesabına ödəniləcək “paralegallər” anlayışı təqdim edilir. Xüsusi hazırlıq keçmiş və ali hüquq təhsili olan, lakin vəkillik fəaliyyəti ilə məşğul olmayan şəxslər paralegal ola bilərlər.

Hüquq eksperti, "Magen David" İnsan Hüquqlarının Müdafiə Mərkəzinin Hüquq Departamentinin direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Avraam Berman AJMEDİA.İNFO-a insanların Hüquq xidmətlərini kim təmin edər sualına aydınlıq gətirib.

Paralegallərin fəaliyyəti pulsuz hüquqi yardımın göstərilməsi üçün xüsusi strukturda cəmləşəcək. Bu təşkilatın statusunun müxtəlif variantları təklif olunur - müstəqil və ya müəyyən dövlət strukturunun bir hissəsi kimi (məsələn, Vəkillər Kollegiyasının bir hissəsi kimi). Struktur dövlət tərəfindən maliyyələşdiriləcək. Layihə müəllifləri onun tərkibini belə görürlər: Ədliyyə Nazirliyinin bir nümayəndəsi, Vəkillər Kollegiyasının üç nümayəndəsi, Maliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının və ictimai birliklərin hər birindən bir nümayəndə.

Layihəyə görə, dövlətin əhaliyə hüquqi xidmətləri həm ilkin, həm də peşəkar ola bilər. Yəni məsləhətləşmədən başlayıb məhkəmə iclaslarında iştiraka qədər, məhkumların mənafeyinin müdafiəsi və s. Sənəd pulsuz hüquqi yardım göstərilə biləcək şəxslərin dairəsini müəyyən edir. Qanun layihəsini hazırlayanların qənaətinə görə, pulsuz hüquqi yardımdan istifadə edənlər əsasən sosial müavinət alan aztəminatlı şəxslər ola bilərlər.

Sonda qeyd edim ki, statistikaya görə, Azərbaycanda təxminən hər 10 min nəfərə yaxın cinayət hüququ sahəsində bir vəkil düşür. Beynəlxalq standartlara görə bu rəqəm çox aşağıdır. Bu gün ölkədə 100 minə yaxın ailə aztəminatlı sayılır və dövlət sosial subsidiyalarından yararlanır. Laçin son on ilin davamlı statistikasına nəzər yetirsək görürük ki, ölkədə hüquqi islahatların aparılması, hüquqşunastların artması, insanlara yüksək şəkildə hüquqi xidmətin göstərilməsi, ölkəmizdə bu sahənin yüksəlməsindən xəbər verir.