17 May 2024
Əhalini sevindirəcək xəbər - Bu dərmanlar... - VİDEO

Əhalini sevindirəcək xəbər - Bu dərmanlar... - VİDEO

18 Dekabr 2023
Baxış: 371

Azərbaycanda ambulator müalicə alanların dərmanları da icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Bu məqsədlə xidmətlər zərfinin təkminləşdirilməsi üzərində işlər gedir.

AJMEDİA.İNFO-nun məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Pərvin Salahova AZTV-yə bildirib ki, vətəndaşlar hazırda icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində xidmətlərdən ödənişsiz istifadə edə bilirlər:

"Bəzi hallarda ambulator şəraitdə vətəndaşlara dərmanlar ödənişsiz tədim edilir. Lakin bütün dərman vasitələri ödənişsiz deyil.

Növbəti ildə xidmətlər zərfinə ambulator şəraitdə dərman vasitəərinin əlavə edilməsi nəzərdə tutulub".