16 May 2024
Əfqanıstanda silahlı qarşıdurma zamanı 9 “Taliban” yaraqlısı öldürülüb

Əfqanıstanda silahlı qarşıdurma zamanı 9 “Taliban” yaraqlısı öldürülüb

29 İyun 2020
Baxış: 454

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" yaraqlısı öldürülüb, 5-i yaralanıb.

AJM-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, bunu əyalət polis qüvvələrinin Mətbuat katibi Hayatullah Nizami Əhmadzai bildirib.

Onun sözlərinə görə, toqquşmalar yaraqlıların əyalətin Patan rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum etməsindən sonra baş verib.

“Taliban” hələlik hücumla bağlı hər hansı açıqlama verməyib.