19 May 2024
Əfqanıstanda naməlum silahlılar "talib"lərə hücum edib, ölənlər var

Əfqanıstanda naməlum silahlılar "talib"lərə hücum edib, ölənlər var

20 Noyabr 2021
Baxış: 541

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində naməlum silahlılar “talib"lərə hücum ediblər.

AJMEDİA.İNFO "RİA Novosti"yə istinadən xəbər verir ki, iki silahlı şəxsin "Taliban"a məxsus "Corolla" markalı avtomobilə hücumu zamanı hərəkatın 5 üzvü öldürülüb.

Hücumun Cəlalabadda Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin yaxınlığında baş verdiyi bildirilir.