19 May 2024
Əfqanıstanda mina partlayışı nəticəsində beş uşaq həlak oldu

Əfqanıstanda mina partlayışı nəticəsində beş uşaq həlak oldu

25 Noyabr 2021
Baxış: 445

Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində minanın partlayışı nəticəsində beş azyaşlı ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Aamaj News" məlumat yayıb.

Regionun İnformasiya və Mədəniyyət İdarəsi rəisinin sözlərinə görə, hadisə vilayətin mərkəzi rayonlarından birində - Talukan şəhərində baş verib. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb.

Oxşar hadisələr mütəmadi olaraq Əfqanıstanın müxtəlif bölgələrində baş verir. Belə ki, noyabrın 8-də Uruzqan vilayətində mərminin partlaması nəticəsində 3 uşaq həlak olub, daha 5-i yaralanıb.