19 May 2024
Əfqanıstanda iki partlayış baş verib, xəsarət alanlar var

Əfqanıstanda iki partlayış baş verib, xəsarət alanlar var

17 Dekabr 2021
Baxış: 443

Əfqanıstanın paytaxtı Kabildə gün ərzində iki partlayış baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə yerli “Aamaj News” agentliyi məlumat yayıb.

Belə ki, səhər saatlarında Kabilin mərkəzi Pərvan-e Se məhəlləsində avtomobil partladılıb. Partlayış nəticəsində Əfqanıstanın tanınmış din xadimi Abdussalam Abid də daxil olmaqla 4 nəfər yaralanıb.

İkinci partlayış Kabilin şimal-qərbində yerləşən Xeyrxan məhəlləsində qeydə alınıb.

Digər təfərrüatlar hələlik verilməyib.