19 May 2024
Əfqanıstanda hava limanı yaxınlığında partlayış baş verdi

Əfqanıstanda hava limanı yaxınlığında partlayış baş verdi

28 Dekabr 2021
Baxış: 646

Əfqanıstanın paytaxtında güclü partlayış qeydə alınıb.

AJMEDİA.İNFO yerli "Asvaka" agentliyinə istinadən xəbər verir ki, insident paytaxtın Aria rayonunda Kabil Beynəlxalq Hava Limanına gedən magistralda baş verib.

İlkin məlumatlara görə, "Taliban" silahlılarına məxsus avtomobil partladılıb. Tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.

"Taliban" rəsmiləri hələlik insidentlə bağlı şərh verməyib.

Son həftələr Kabildə partlayışların sayı artıb, demək olar ki, hamısına görə məsuliyyəti İŞİD-in qolu olan "Xorasandakı İslam Dövləti" qruplaşmasının silahlıları öz üzərinə götürüb.