19 May 2024
"Əfqanıstan şəriət qanunları ilə idarə olunacaq" - "Taliban" lideri

"Əfqanıstan şəriət qanunları ilə idarə olunacaq" - "Taliban" lideri

08 Sentyabr 2021
Baxış: 662

“Taliban” hərəkatının lideri Heybətullah Axundzadə Əfqanıstanda şəriət qanunlarının qüvvədə olacağını söyləyib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı “Taliban” lideri bəyanatla çıxış edib.

Bəyanatda bildirilib ki, gələcəkdə Əfqanıstanda bütün idarəçilik və həyat tərzi məsələləri müqəddəs şəriət qanunları ilə tənzimlənəcək: “Biz qonşularımızla və digər ölkələrlə hörmət və qarşılıqlı əlaqəyə əsaslanan güclü və sağlam münasibətlər istəyirik. Bu ölkələrlə münasibətlərimiz Əfqanıstanın maraq və mənfəətləri üzərində qurulacaq. Biz bütün beynəlxalq qanunlara, razılaşmalara, qətnamələrə və öhdəliklərə sadiqik”.

Bəyanatda daha sonra vurğulanıb ki, “İslam Əmirliyi” (“Taliban” siyasi sisteminin adı) müqəddəs İslam dininin tələbləri daxilində insan haqlarını, azlıqlarını qorumaq üçün ciddi və təsirli addımlar atacaq.