18 May 2024
Efiopiyada BMT-nin 9 əməkdaşı saxlanıldı

Efiopiyada BMT-nin 9 əməkdaşı saxlanıldı

09 Noyabr 2021
Baxış: 584

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşları saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreşin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, beynəlxalq təşkilat öz əməkdaşlarının azad edilməsi tələbi ilə Efiopiya hökumətinə nota göndərib.

Qeyd edək ki, ötən həftə BMT-nin Baş katibi Efiopiyadakı vəziyyətdən narahatlığını ifadə edib və baş nazir Abiy Əhməd Əliyə dialoqa şərait yaratmaq üçün kömək təklif edib.

Hazırda Efiopiya ordusu ilə “Tıqray Xalq Azadlıq Cəbhəsi”nin qüvvələri arasında qarşıdurma davam edir. 1991-2018-ci illərdə Efiopiyada hakimiyyətdə olmuş "Tiqray Xalq Azadlıq Cəbhəsi" hazırkı baş nazir hakimiyyətə gəldikdən sonra müxalifətə keçib. Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.