21 May 2024
Ədliyyə Nazirliyi: Saakaşvili cəzaçəkmə müəssisəsinə qaytarıla bilər

Ədliyyə Nazirliyi: Saakaşvili cəzaçəkmə müəssisəsinə qaytarıla bilər

13 May 2023
Baxış: 544

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili müalicə olunduğu klinikanın həkimləri analoji tövsiyə verərsə, cəzaçəkmə müəssisəsinə qaytarıla bilər.

Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze məlumat verib.

“Saakaşvili dustaqdır və biz əvvəlki kimi həkimlərin tövsiyələrinə uyğun hərəkət edirik. Müvafiq hesabatımız olanda o, cəzaçəkmə müəssisəsinə köçürüləcək”, - Breqadze bildirib.

Ədliyyə Nazirliyi rəhbərinin əlavə edib ki, hazırda Gürcüstanın keçmiş dövlət başçısı Vivamed tibb müəssisəsindədir.

Teqlər: