17 May 2024
Əbülfəz Məlikov DTX tərəfindən saxlanılaraq həbs olundu

Əbülfəz Məlikov DTX tərəfindən saxlanılaraq həbs olundu

08 Avqust 2022
Baxış: 426

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilir ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.
Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.Yeniavaz.com